İngilis dili (ing. English, English language) — Hind-Avropa dillərinin german dillərinə aiddir. Doğma dil kimi 410 milyon insan bu dildə danışır. İkinci dil kimi isə 1,3 milyard insan ingilis dilində danışır (2007).
İngilis dili BMT-nin altı rəsmi və işçi dilindən biridir. Bu dil İngilislərin təbii dili, ABŞ – ın (31 ştatının rəsmi dili), İrlandiyanın, Kanadanın və Maltanın iki rəsmi dilindən biri, Avstraliyanın, Yeni Zelandiyanın rəsmi dilidir. O, Asiya (məsələn Hindistan, Pakistan və s.) və Afrikanın bəzi dövrlərində rəsmi dil kimi istifadə edilib. Linqvistikada ingilis dilində danışanları аnqlofon adlandırırlar, Kanadada bu termin siyasi mənada işlədilir.
Dildə qrammatik mənanı analitik formada ifadə etmək üstünlük təşkil edir. Dillərin analitik tipinə aiddir. Leksikanın 70% götürülmə sözlərdir. Əlifbası VII əsrdən latın qrafikası əsasındadır. Orta əsrlərin əvvələrində əlavə hərflər də istifadə edilirdi. Sonradan onlar sıradan çıxdılar.
Hazırda ingilis dili dünyada ən geniş yayılmış dillərdən biridir. İngilis dili dünyada diplomatiya, kommersiya, dənizçilik, elmi-texniki və kütləvi informasiya dili kimi məşhurdur. Zəmanəmizdə nəşr olunan ədəbiyyatın və kütləvi mətbuatın əksəriyyəti ingilis dilində dərc olunur. Bütün bu deyilənlərə görə ingilis dilinin öyrənilməsi hər kəs üçün çox zəruridir.
İngilis əlifbasında 26 hərf var.
Hərf | Hərfin adının tələffüzü (IPA) | Hərfin adının tələffüzü (azərbaycanca) |
Aa | [eɪ] | ey |
Bb | [biː] | bi |
Cc | [siː] | si |
Dd | [diː] | di |
Ee | [iː] | i |
Ff | [ɛf] | ef |
Gg | [dʒiː] | ci |
Hh | [eɪtʃ] | eyç |
Ii | [aɪ] | ay |
Jj | [dʒeɪ] | cey |
Kk | [keɪ] | key |
Ll | [ɛl] | el |
Mm | [ɛm] | em |
Nn | [ɛn] | en |
Oo | [əʊ] | ou |
Pp | [piː] | pi |
[kjuː] | kyu | |
Rr | [ɑː] və ya [ɑɹ] | ar |
Ss | [ɛs] | es |
Tt | [tiː] | ti |
Uu | [juː] | yu |
Vv | [viː] | vi |
Ww | [ˈdʌb(ə)l juː] | dabl-yu |
Xx | [ɛks] | eks |
Yy | [waɪ] | uay (təxminən) |
Zz | [zɛd] və ya [ziː] | zed (zee) |
*İngilis dili səviyyənizi test etmək üçün Level Test bölməsinə keçid edin.