korporativ musteriler ucun

KORPORATİV İNGİLİS DİLİ ŞƏXSİ ŞİRKƏTİN İNKİŞAFINA VƏSAİTLƏRİN YATIRILMASI

KORPORATİV TƏDRİSİN NÖVLƏRİ

Korporativ tədris – əməkdaşlarının qayğısına qalan güclü şirkətin əlamətlərindən biridir. Korporativ ingilis dili iş prosesini pozmadan və şirkətinizin və ya onun hər bir bölməsinin tələbatlarını nəzərə alan proqram üzrə kollektivdə dilin öyrənilməsi üçün gözəl bir imkandır. Rəhbər üçün bu bütün əməkdaşların ingilis dilinə uğurlu iş üçün lazım olan səviyyədə yiyələndiyindən əminlikdir.

Müştərinin məqsədləri və istəklərindən asılı olaraq tədris məktəblərimizdə və sifarişçinin ərazisində aparıla bilər. Biz aşağıdakıları təklif edirik:

  • 8 nəfərə qədər qruplarda tədris
  • Fərdi tədris
  • Danışıq klubları formatında tədris

İstənilən növ tədris üçün tematik plan hər müştəri üçün fərdi şəkildə hazırlanır.

OFİSDƏ TƏDRİSİ NECƏ TƏŞKİL ETMƏLİ?

1.Menecerlə telefonla əlaqə saxlamaq və saytda ərizə yerləşdirmək.
2. Kommersiya təklifi ilə tanış olmaq.
3. Pulsuz sınaqdan keçmək və sınaq dərsində tədris proqramı ilə tanış olmaq.
4. Müqavilə bağlamaq və tədrisə başlamaq.
5. Tədrisin keyfiyyəti və ona yatırılan vəsaitlərə təqdim etdiyimiz hesabat sistemi vasitəsilə nəzarət etmək.
6. Kursun uğurla keçməsi haqqında sertifikat almaq.

Korporativ ingilis dilinin tədrisi ilə bağlı ərizə yerləşdirən zaman qeydlərdə şirkətdə dilə qarşı qoyulan tələbləri qeyd edin. Bu məlumat əsasında biz əməkdaşlarınız üçün ən yaxşı tədris proqramını hazırlaya bilərik. Tədrisin keyfiyyətinə nəzarətə etinasız yanaşmayın, rəhbərliyin diqqəti güclü təşviqedici amildir və Siz tədrisə yatırılan vəsaitlərdən maksimal effekt əldə edəcəyinizdən əmin ola bilərsiniz.

UĞURLU ŞİRKƏTLƏRİN BRITISH EDUCATIONAL CENTRE ŞİRKƏTİNƏ OLAN ETİBARI NƏYƏ ƏSASLANIR?

1. UYĞUNLAŞDIRILAN PROQRAM
Korporativ ingilis dilini tədris edən kurslar fərdi proqramlar üzrə qurulur. Biz müştərilərimizin imkanlarını, onların baza biliklərini, şirkətin məqsədləri və fəaliyyət istiqamətlərini nəzərə alırıq. Maksimal nəticənin əldə olunması üçün tədris prosesində proqrama düzəliş olunması mümkündür. Məqsədin dəqiq başa düşülməsi ona doğru ən qısa yolla hərəkət etməyə imkan verir və korporativ ingilis dili kursları şirkətiniz üçün ən effektiv proqramı hazırlamağa və həyata keçirməyə imkan verir.

2. MÜƏLLİMLƏR – DİL  DAŞIYICILARI
Xarici dilin öyrənilməsi zamanı uğur əsasən müəllimin düzgün seçilməsindən asılıdır. Müəllimlərimiz ali təhsilə, ingilis dilini tədris etmək hüququ verən beynəlxalq sertifikatlara (CELTA, DELTA, TEFL, TESOL)malikdir. İşgüzar ingilis dilinin xüsusiyyətləri və ya elmi terminologiyanı öyrənməyinizdən asılı olmayaraq müəllimlərimizin tədris etdiyi dilin işgüzar və ya elm dünyasının hal-hazırda ünsiyyət qurduğu dil olduğundan əmin ola bilərsiniz.

3. NƏTİCƏLƏRƏ NƏZARƏT
Nəticələrdən xəbəriniz olsun – BRITISH EDUCATIONAL CENTRE  dil məktəbi bunun üçün bütün imkanları təqdim edir! Nəzarət sisteminə tədrisdən qabaq pulsuz ikimərhələli sınaq, tədris proqramında düzəlişə ehtiyac olub-olmadığını anlamaq üçün tərəqqinin müntəzəm aralıq qiymətləndirilməsi, məşğələlərə davamiyyətə nəzarət, kursun yekununda sınağın keçirilməsi daxildir.

4. LİSENZİYANIN OLMASI
BRITISH EDUCATIONAL CENTRE ingilis dili məktəbi tədris fəaliyyətinin aparılması hüququnu verən lisenziyaya malikdir. Həmin lisenziya əsasında tədrisi başa vuran bütün tələbələrə kursun sonunda sertifikatlar verilir.

5. ÇEVİK ÖDƏNİŞ SİSTEMİ
Ödəniş şərtləri hər müştəri üçün fərdi şəkildə müəyyən edilir. Seçilən tədris proqramı və onun davametmə müddətindən asılı olaraq birdəfəlik və ya ilkin ödəniş/sonradan ödəniş sistemi ilə hissə-hissə ödəniş təklif oluna bilər. Saytda korporativ tədris barədə ərizə yerləşdirin və ya bizimlə telefonla əlaqə saxlayın. Biz əminik ki, Sizin üçün uyğun olan ödəniş variantını seçə biləcəyik.

Paylaşın...