ÜMUMİ İNGİLİS DİLİ
Səlisliyə diqqət yetirərək, Ümumi İngilis dili sizə İngilis dilinizi inkişaf etdirməyə və dili praktik anlama və onu istifadə etmək imkanı yaradır. Siz 4 bacarığa diqqət yetirməlisiniz: danışıq, dinləmə, oxuma və yazma. Siz İngilis dili səviyyənizi və ondan istifadə etmək bacarığınızı maksimum səviyyəyə çatdıracaqsınız.
SİZ BU KURSDAN DAHA ÇOX BİLİK ƏLDƏ EDƏRSİNİZ, ƏGƏR:
- Sizin səviyyəniz Beginner və Advanced arasındadırsa;
- Özünüzə inanaraq İngilis dili səviyyənizi tez və effektiv şəkildə irəlilətmək istəyirsinizsə;
- Siz gündəlik situasiya və vəziyyətləri rəvan və tam anlamaq istəyirsinizsə.
BU KURSDA SİZİ NƏLƏR GÖZLƏYİR:
Həqiqi İngilis dili
Bizim tədris metodikamız sizə gerçək həyatda və gündəlik situasiyalarda İngilis dilində necə danışmaq lazım olduğunu öyrədəcək. Siz 4 bacarıq (reading, writing, speaking və listening) üzərində diqqəti cəmləşdirib qrammatika biliyinizi itiləşdirərək söhbət etmə bacarıqlarınız, tələffüsünüz, lüğət və idiomlar bazanız üzərində işləyəbilərsiniz. Məqsədlərinizə Nail olmaq üçün İngilis dilini öyrənin. Məqsədinizə Nail olun!
“Düşünmə müddətini” irəlilədin
Düşünmə müddəti – sizin İngilis dilində dinləmək, anlamaq və cavab vermək üçün müəyyən zaman müddəti deməkdir. Bizim Ümumi İngilis dili kursunda, siz bu düşünmə müddətini azaldacaq, daha tez cavab verməyinizi təmin edəcək və bu dil üzrə səlisliyinizi təkmilləşdirəcək.
Mövzu əsaslı dərslər
Sizin alacağınız hər bir dərs müəyyən mövzuya əsaslanacaq. Dil bacarıqları və qrammatika müəyyən mövzu çərçivəsində öyrədiləcək və öyrəndiyiniz hər mövzunun canlı şəkildə tətbiq edilməsinə xidmət göstərəcək. Sadə bir misal, siz xüsusi situasiyalarda İngilis dilini düzgün istifadə edə biləcəksiniz.
Dəstək
Müəllimlər və akademik heyət sizin üzərinizdə dəstəyi, həvəsləndirməni, məsləhət və əks əlaqəni ürəkdən təmin edəcəklər. British Educational Centre`ın heyəti sizə rahat və özgüvən verecək otaq mühiti yaradacaqdır. İngilis dili müəllimlərin rolu sizi İngilis dili hədəfinizə tərəddüdsüz çatdırmaqdır.
Yaradıcı və enerjik dərslər
Rahat sinif otaqları həmişə əyləncə və ruhlandırıcı atmosfer yaradır. Sinif yoldaşlarınızla əlaqə qurduqda inamla və sərbəst danışacaqsınız. Bizim professional və xüsusi müəllim heyəti sizi hər bir dərs günündə əyləncəli və funksional dərslərlə təmin edəcəklər.
Orijinal materiallar
Dərs kitabları ilə yanaşı müəllimlər tez-tez qəzet, video, internet və CD`lər əlavə edirlər. Bütün bunlar sizə İngilis dilini təmiz başa düşmək və bu dildən həqiqətən necə istifadə etmək lazım olduğunu öyrədəcək!
*İngilis dili səviyyənizi test etmək üçün Level Test bölməsinə keçid edin.
Daha çox dərs alaraq İngilis dili hədəfinizə daha tez çatın! Bizim İngilis dili kursumuz həftədə 6 dəfə (9saat) keçirilir. Fakultətiv seçmə programlardan siz öyrənmək istədiyinizi seçə bilərsiniz! Bu kurs sizin danışıq bacarığınızı sürətli şəkildə inkişaf etdirmək üçün ən ideal şansdır!
SİZ BU KURSDAN DAHA ÇOX BİLİK ƏLDƏ EDƏCƏKSİNİZ, ƏGƏR:
- Sizin dil səviyyəniz Beginner və Advanced arasındadırsa
- İngilis dili səviyyənizi qısa zaman müddətində inkişaf etdirmək istəyirsinizsə
- Seçmə programlar ilə kurs müddətinizi dahada xüsusiləşdirmək isyirsinizsə
- Vaxtınızı İngilis dili öyrənməyə uzun müddət və tamamilə həsr etmək istəyirsinizsə
- Müəllim və sinif mühitindən mümkün olduğu qədər çox faydalanmaq istəyirsinizsə
BU KURSUN GEDİŞİNDƏ NƏ GÖZLƏYƏ BİLƏRSİNİZ?
İngilis dilinə daha çox vaxt ayırmaq
İngilis dilinə daha çox vaxt ayırmaq, bu dili daha yaxşı öyrənmək deməkdir. Siz çoxlu öz güvən aşılayacaq danışıq çalışmaları, tapşırıqlar izahlar və məruzələr gözləyə bilərsiniz – və bunlar hamısı təcrübəli müəllimlər tərəfində əyləncəli və effektiv yolnan çatdırılır.
Müəllimlə əlaqəyə maksimum vaxt
Həftədə 6 dəfə dərs müəllimlə daha çox vaxt keçirmək imkanı vərəcəkdir. Onlar sizin səhvlərinizi düzəltmək və sizi düzgün istiqamətləndirmək üçün oradadırlar. Müəllimlərimiz tərəqqiyə doğru gedən hər addımınızda sizə rəhbərlik edəcəklər.
Bütün bacarıqlar üzərinə daha intensiv diqqət
Daha uzun müddətli dərs 4 əsas bacarıq (speaking, reading, listening, writing) üzərində daha ciddi diqqət deməkdir. Əlbəttə, digər bacarıqlarda, məsələn, tələffüz, qrammatika, söz bazası, orfoqrafiya və s. İngilis dilində daha səmərəli ünsiyyət qurmaqda böyük rol oynayır. İntensiv İngilis dili kursunda bunları məşq etmək üçün sizin həm vaxtınız həm də şansınız olacaqdır.
Gündəlik kontekstlərə uyğun Mövzu əsaslı dərslər
Qəzetlərlə, CD-lərlə, internet, video və digər original mənbələr ilə, müəllimlərimizin istifadə etdiyi “real həyat” materialları ilə siz ana dili İngilis dili olanların İngilis dilini necə istifadə etdiyini başa düşəcəksiniz. Hər dərs sizə İngilis dilində lazımlı biliklər mövzular əsasında öyrədiləcəkdir, və siz artıq öyrəndiyinizi real heyatda tətbiq edə biləcəksiniz.
Rahatlığına diqqət olunan sinif otaqları
Üzügülər tələbələr digərlərindən daha yaxşı öyrənir! Bu sirr deyil amma bu elə bir şeydi ki, British Educational Centre buna çox inanır. Sizin motivasiyanız və bacarığınız bu möhtəşəm sinif atmosferində maksimum səviyyədə inkişaf edəcək.
Fakultətiv dərs seçimi
Bu sizin İngilis dili kursunuzdur və siz nə öyrənmək istəyirsinizsə, bu seçimə özünüz qərar verə bilərsiniz! Fakultətivlərə daxildir:
Müqayisəli Mədəniyyət & Əlaqə
Sizin digər mədəniyyətlərə olan yaxınlığınızı və anlamanızı və eləcə də mədəniyyətin birindən digərinə keçdikdə ünsiyyətin necə fərqləndiyini hiss etməyi inkişaf etdirir.
İndi yaz
Müxtəlif janrlarda, rəsmi və qeyri-rəsmi üslubda yazma bacarığını öyrənə bilərsiniz.
Əsas yazı bacarıqları
Yazı bacarıqlarınzda partlayış edin və özünüzə inamı artırın.
Media dili
Mətbuat təhsili alaraq analitik biliklərinizi itiləşdirin, faktı fikir, yoxsa ziddiyət olduğunu ayırd edin.
Musiqi dili
Müxtəlif janrları, mədəniyyətləri, mühitləri araşdırıb müqayisə edir və sizə müəyyən bir dili müzakirə obyektinə çevirir.
Film dili
Əsas bacarıqlarınızı baxmaq, analiz etmək və müxtəlif növ filmlərə aid fikirlərinizi bildirməyi öyrənməklə irəlilədin.
Sözlər Dünyası
Çoxlu söz öyrənərək bu söz bazası ilə dünya məsələləri və qlobal coğrafiya haqqında müzakirələr edin.
Söhbət etmək
Sürətli danışıq stili üçün özgüvən və söhbəti asanlaşdırın.
Sizdə yüksək səviyyədə stimul yaranıb? Sizin təhsil almaq üçün çox qısa vaxtınız var? Siz yüksək səviyyədə fərdi diqqət istəyirsiniz? İngilis dilinizi tez bir zamanda inkişaf etdirmək istəyirsiniz? Deməli “Mini Group" kursu tam sizin üçün ən mükəmməl İngilis dili kursudur! Kiçik ölçülü qruplar müəllimlərinizə dərsləri yalnız sizin inkişafınız üzərində diqqətə yönələn şəkildə qurmağa imkan yaradır.
SİZ BU KURSUN GEDİŞİNDƏ DAHA ÇOX BİLİK ƏLDƏ EDƏCƏKSİNİZ, ƏGƏR:
- Siz ingilis dilini öyrənməyə həvəsləndirilsəz
- İngilis dilini mümkün olduğu qədər qısa müddətdə irəlilətməyə ethiyacınız varsa
- Siz çox böyük fərdi diqqətdən yararlanacaqsınız
- İngilis dilini bildiyinizə inamınızı artırmaq istərdinizsə
BU KURSDA SİZİ NƏLƏR GÖZLƏYİR?
Daha çox fərdi diqqət
Sadəcə 5 nəfərdən ibarət olan sinifdə müəllimlə fərdi əlaqədən yararlanacaqsınız. Daha çox rəhbərlik, diqqət və əks əlaqə “Mini Group" -un xüsusi üstünlükləridir.
Səmərəli və Xüsusi
Müəllimlə daha çox vaxt, çevik olmaq üçün imkan, şans deməkdir. Siz İngilis dili bacarıqlarınızı daha da gücləndirmək həmçinin İngilis dilində uğur əldə etmək üçün lazım olan bütün vacib sahələr üzərində vaxt sərf etmək üçün xüsusi diqqət görəcəksiniz.
Səlisliyin tez və effektiv şəkildə inkişafı
İngilis dilini tez və asand səkildə inkişaf etdirməyin yolu ona daha çox vaxt sərf etməkdir! Kiçik sinif və həftədə 3 dəfə dərs seçimilə siz özünüzə cəld irəliləyiş üçün ən mükəmməl imkanı yaratmış olursunuz. Nəticəsi? Özünəinam, səlislik və İngilis dilini necə işlətməyi daha yaxşı anlama.
Daha çox özgüvən
Özünəinam İngilis dili öyrənməkdə son dərəcə önəmlidir, lakin bəzi insanlar bunu tapmaqda çətinlik çəkirlər. Azsaylı sinif, hərtərəfli müəllim dəstəyi, gözəl sinif aurası özgüvən yaratmaq üçün ən ideal mühitdir. Real, davamlı nailiyyətlərə inamla çatmaq mümkündür!