AMERİKA UNİVERSİTETLƏRİ

Amerikada təhsil sistemi – ABŞ-da təhsil sistemi həm federal və ştat, həm də yerli hakimiyyət orqanları tərəfindən idarə edilir. Dövlət məktəbləri sistemi hər yerdə mövcuddur və desentralizasiya olunmuş, idealdan kənardır. Digər tərəfdən isə Amerikanın xüsusi ali məktəbləri, bütün dünyadan tələbə və aspirantları özünə cəlb edir.

ABŞ-da savadlılıq dərəcəsi 97%-dir. Lakin 2003-cü ilin məlumatlarına əsasən 25 və 25-dən yuxarı yaşda olanların 84,6%-i orta təhsillilərdir. 52,5%-i müəyyən ali təhsilə, 27 %-i bakalavr pilləsi üzrə təhsil alıblar. Təhsil əsasən hər yerdə, Puerto-Rikodan başqa (burada rəsmi dil ispan dilidir), ingilis dilində aparılır.

Tarixi səbəblərə görə (Konstitusiyada təhsildən bəhs edilmir, buna görə də təhsilin ştatlar tərəfindən idarə edilməsi nəzərdə tutulur) ABŞ-da təhsil məktəbləri üçün ciddi federal standartlar qoyulmayıb. Ali təhsil müəssisələrinin akreditəsi ilə ştatları idarə edən xüsusi təşkilatlar məşğul olur. Hər ştatın akreditə olunmamış “universitetlər"lə mübarizəsində öz qanunları var. Akreditə olunmamışlar diplomu ödəmə haqqına görə verir, bu da nəzərəçarpan problemlər yaradır.

Ali məktəblərdə studentlər A/B/C/D/F – lə qiymətləndirilirlər. A – əla, F – qeyri-kafi, D isə bəzən kafi, bəzi hallarda isə qeyri-kafi ola bilir. F-dən başqa bütün qiymətlərə + və ya – əlavə edilə bilər. Bəzi məktəblərdə A+ və ya D- qiymətləri işlənmir. Bu qiymətlərdən orta qiymət çıxarılır(grade point average, GPA). Burada A – 4, B – 3 və s. bu cür ardıcıllıqla davam edir. İrəlidəki siniflər üçün verilən qiymətlərin üstünə isə çox vaxt xal əlavə edilir, A – 5 sayılır, bir sözlə qiymətlər artırılır.

Amerikada Təhsil

Amerikada orta təhsilin bəzi problemlərinə baxmayaraq, ali təhsil dünyada ən yaxşı təhsil hesab olunur. Orada üç mindən çox müxtəlif ali təhsil məktəbləri var. 2001-ci ildə həmin təhsil müəssisələrində 17,5 milyon tələbə təhsil alırdı, onlardan 515 min nəfəri xarici tələbələr idi. Bu tələbələrin 60%-i Asiyadan gələnlər idi. Buna baxmayaraq, həm dövlət, həm də özəl universitetlərdə təhsil haqqı ilbəil artır. Harvardda ştat universitetlərində illik ödəniş 5 min dollardan 40 min dollaradək dəyişir. Hətta yoxsul tələbələrə yüksək stipendiya verilsə də onların ödədiyi təhsil haqqı ailə büdcələrinə böyük ziyan vurur. 2002-2003, 2003-2004-cü illərdə ştat məktəblərində təhsil haqqı 14%, özəllərdə 6% artmışdı, bu da həmin dövrdə inflyasiya səviyyəsindən yüksək idi.

Yerli kolleclər yerləşdikləri arazidəki sakinlərə təhsil alma imkanı verməlidirlər. Lakin Amerika dördillik ali təhsil məktəblərinə qəbul uzun və çətin prosesdir. Qəbul ərizəsində sənəd verən şəxs məktəbdə və standart imtahanlarda aldığı qiymətlərlə yanaşı, öz maraqları, məktəbdənkənar sahələrdə əldə etdiyi uğurlar və mükafatlar barədə məlumat verməli, həmçinin ona verilmiş mövzulara görə inşalar da yazmalıdır. Bundan başqa şagird müəllimlərindən özü haqda tövsiyələr verməli, bəzi ali təhsil müəssisələrində məzunlardan – könüllülərdən müsahibə də götürməlidir.

Böyük universitetlərdə məktəbli, adətən, hər hansı bir fakültəyə sənəd verir, amma çox vaxt ümumiyyətlə universitetin özünə sənəd verilir. Hətda bəzi hallarda fakultədən fakultəyə keçmək və “qərara almamış" statusunu da almaq olar. Amma bu zaman bəzi fakultələrə girmək imkanı demək olar ki bağlanır.
Hər dinlənilən kursa görə tələbənin həftə ərzində kurs üzərində işlədiyi vaxta uyğun olaraq müəyyən miqdarda kredit, xal verilir.
Amerika universitetlərində qiymətlər semestrlərə və rüblərə görə çıxarıla bilər. Onlar əsasən semestrlər, rüblərarası (midterms) və ilin sonunda (finals) verilən imtahanlardan asılıdır. Həmçinin ev tapşırıqları, layihələr, prezentasiyalar, referatlar və s. də hesaba alına bilər.

1. Arizona State University
2. Boston College
3. Boston University
4. Brown University
5. California Institute of Technology
6. Carnegie Mellon University
7. Case Western Reserve University
8. Columbia University
9. Cornell University
10. Darmouth College
11. Duke University
12. Emory University
13. George Washington University (DC)
14. Georgetown University
15. Georgia Institute of Technology
16. Harvard University
17. Indiana University
18. John Hopkins University
19. Manhattan School of Music
20. Massachusetts Institute of Technology
21. Miami University (OH)
22. Michigan State University
23. New York University
24. Northwestern University
25. Ohio State University
26. Pennsylvania State University
27. Princeton University
28. Purdue University
29. Rensselaer Polytechnic Institute
30. Rice University
31. Rockefeller University
32. Rutgers University
33. St. Louis University
34. Stanford University
35. Stony Brook University
36. Syracuse University
37. Texas A&M University
38. Tufts University
39. University of Arizona
40. University of Chicago
41. University of California – Berkeley
42. University of California – Davis
43. University of California – Irvine
44. University of California – Los Angeles
45. University of California Riverside
46. University of California – San Diego
47. University of California – Santa Barbara
48. University of California – Santa Cruz
49. University of California, San Francisco
50. University of Colorado, Boulder
51. University of Connecticut
52. University of Delaware
53. University of Florida
54. University of Georgia
55. University of Hawaii
56. University of Illinois, Urbana/Champaign
57. University of Iowa
58. University of Maryland
59. University of Massachusetts (Amherst)
60. University of Miami (FL)
61. University of Michigan
62. University of Minnesota
63. University of Missouri
64. University of North Carolina, Chapel Hill
65. University of Notre-Dame
66. University of Pennsylvania
67. University of Pittsburgh
68. University of Rochester (NY)
69. University of San Diego
70. University of Southern California
71. University of Texas at Austin
72. University of Utah
73. University of Virginia
74. University of Washington
75. University of Wisconsin
76. Vanderbilt University
77. Virginia Tech University
78. Wake Forest University
79. Washington University in St Louis
80. Yale University
81. Yeshiva University (NY)

Paylaşın...