TÜRKİYƏDƏ TƏHSİL
Mədəniyyət
turkiyede tehsil
Türkiyə çox fərqli mədəniyyətlərin bir yerdə yaşadığı, köklü bir keçmişə sahib ölkədir. Coğrafi nəzərdən tam bir keçiş nöqtəsindədir. Doğurdan da bir körpü rolunu oynamaqdadır.
Türkiyədə özünüzü eyni zamanda həm evdə həmdə xarici vətəndaş kimi hiss etməyiniz mümkündür. Osmanlı, yunan, ərəb, aralıq dənizi, balkan mədəniyyətlərindən parçaları Türkiyədə tapmaq olar.
Türkiyədə fərqli mədəniyyətlərə qarşı torelrantlıq hakimdir. İnsanları fərqli mədəniyyətlərə hörmət etdiklərini, əliaçıq və dostcanlısı olduqlarını görə bilərsiniz.
Yaşayış Xərcləri
Avropa ölkələri ilə müqayisə edərsək Türkiyədə həyat xərcləri daha aşağıdır. İstanbul kimi kozmopolit bir şəhərdə də çox uyğun qiymətlərlə yaşamaq seçimləriniz mövcuddur. Dövlət universitetlərinin illik təhsil haqları yüksək deyildir ; özəl universitetlər isə Avropa və Amerikadakılarla nisbətdə olduqca uyğun tehsil haqqı istəməkdədir.
Təhsil və Araşdırma
Türkiyə əsrlərdir akademik müvəffəqiyyətlərə ev sahibliyi etmiş bir ölkədir. Akademiklər təkcə elmi müvəffəqiyyətləriylə deyil , eyni zamanda tələbələrinə dəstək olmaları ilə də məşhurdurlar. Bir çox ən son texnologiyalara sahib orta ümumtəhsil məktəbləri və universitetlər mövcuddur. Humanitar elmlərdən sənətkarlığa, tibdən mühendislik ixtisaslarına qədər hər mövzuda keyfiyyətli bir təhsil almaq mümkündür.
Türkiyədə təhsil almanın 3 yolu mövcuddur. Bunlar:
- YÖS (Yabancı Öğrenci Sınavı)
- TCS (Türk Cumhuriyetleri ile Türk ve Akraba Toplulukları Sınavı)
- TQDK-nın keçirdiyi qəbul imtahanından 600 və ondan yüksək bal toplayan tələbələr üçün yenidən keçirilən imtahan.
Türkiyə Universitetlərində Magistr təhsili almaq üçün, Bakalavrda aldığınız ixtisas Magistrdə almaq istədiyiniz ixtisasa uyğun olmalıdır. Tələb olunan imtahan isə ALES-dir. ALES imtahanını GRE və ya GMAT imtahanı ilə əvəz edə bilərsiniz. ALES (Akedemik Personel ve Lisansüstü Eğitimi Giriş Sınavı) 2 dəqiq və 2 humanitar bölümdən ibarətdir.
Türkiyədə ali təhsilin magistr və doktorantura pillələrini qazanmaq istəyən həm türkiyəli, həm də xarici ölkə vətəndaşları bu imtahanda iştirak etməlidirlər. İmtahana bakalavr və magistr məzunları ilə son kurs tələbələri müraciət edə bilərlər. İmtahan test üsulu ilə keçirilir və 180 dəqiqə davam edir. ALES İmtahanın nəticəsi 3 il etibarlıdır.
1. Akdeniz Üniversitesi
2. Ankara Üniversitesi
3. Atatürk Üniversiteti
4. Bilkent Üniversitesi
5. Boğaziçi Üniversitesi
6. Çukurova Üniversitesi
7. Dokuz Eylül Üniversitesi
8. Ege Üniversitesi
9. Erciyes Üniversitesi
10. Galatasaray Üniversitesi
11. Gaziantep Üniversitesi
12. Hacettepe Üniversitesi
13. Istanbul Teknik Üniversitesi
14. Istanbul Universitesi
15. Koç Üniversitesi
16. Marmara Universitesi
17. Ondokuz Mayıs Üniversitesi
18. Orta Doğu Teknik Üniversitesi
19. Qazi Universitesi
20. Sabancı Üniversitesi
21. Selçuk Üniversitesi
22. Süleyman Demirel Üniversitesi
23. Uludağ Üniversitesi
24. Yıldız Teknik Universitesi