İSVEÇ UNİVERSİTETLƏRİ

Hazırda İsveç təhsili hələ də kiçik istisnalar xaric, yerli və xarici tələbələr üçün pulsuz olmaqda davam edir. Tələbələr müsabiqə yolu ilə seçilir. Qeydiyyat üçün tələbələr internet vasitəsilə ərizələri doldurmalı, ərizədə bir neçə ixtisas bölməsi göstərməli (istəyə görə) və elektron poçtla göndərməlidir.

Tələbələrə verilən təqaüdlər 8000 isveç kronundan başlayır (təxminən 800 avro).

Ali təhsil 3 pillədə aparılır: bakalavr, magistratura və aspirantura.

Bakalavriant

Burada təhsil alan tələbələrin çoxu İsveç və digər ölkələr arasında aparılan tələbə mübadiləsinin nəticəsində ölkəyə gələnlərdir. Digər halda, attestat və ingilis dili biliklərini təsdiq edən TOEFL və ya İELTS sertifikatlarını təqdim etməlidirlər. İngilis dilində bakalavr təhsili hər 3 universitetdən birində təklif olunur.

Təəssüf ki, bakalavrlar üçün təqaüd ayrılmır. Lakin İsveç Miqrasiya Komitəsi tələbələrə təhsil müddətində harada və neçə saat işləməkdə heç bir məhdudiyyət qoymur.

Bu ölkədə oxuyan tələbəyə hər ay 7300 kron (təxminən 730 avro) tələb olunur. Bu məbləği İsveç Miqrasiya Komitəsi təyin edib və tələbə pulu nağd olaraq ödəməlidir.

Magistratura

Burada magistratura təhsili almaq istəyənlər bakalavr diplomu, həmçinin ingilis dili biliklərinin göstəricisi olan TOEFL və ya İELTS sertifikatlarını təqdim etməlidir. İsveçdəki bir çox ali məktəblər bakalavrın son kursunda olan, diplomu yayda alacaq tələbələri də qəbul edir.

Magistratura təhsili almaq istəyənlər məktub, esse, rezyum (şəxsin özü haqqında məlumatı), diplom işindən çıxarış təqdim etməlidirlər. İsveçdə magistr təhsili alan tələbələrin çoxu xarici vətəndaşlardır. Miqrasiya Xidməti təqaüd almayan magistrlara da işləmək hüququ verir.

Aspirantura

Aspiranturaya qəbul il boyu aparılır. Qəbul üçün bakalavr və magistr diplomları tələb olunur. Aspirantura tamamilə araşdırma işlərindən ibarətdir və aspirantlara hər ay 12.000 kron (1200 avro) maaş verilir. İsveçdə aspirantura təhsili alan tələbələrin 20%-i xarici vətəndaşlardır.

1. Chalmers University of Technology

2. Gothenburg University College (University of Göteborg)

3. Karolinska Institute, Stockholm

4. Linkoping University

5. Lund University

6. Royal Institute of Technology

7. Stockholm School of Economics

8. Stockholm University

9. Swedish University of Agricultural Sciences (SLU)

10. Umea University

11. Uppsala University

Paylaşın...