ÇEXİYA UNİVERSİTETLƏRİ

Çexiyada geniş seçim imkanı ilə fərqlənən iri dövlət universitetləriylə yanaşı çoxlu özəl ali məktəbləri də mövcuddur. Onlar dövlət universitetlərinə nisbətən müxtəlif firmalarla daha yaxın əlaqələrə malikdirlər və nəzəriyyə ilə praktikanı mükəmməl bir şəkildə cəmləşdirə bilirlər. Buna görə də özəl universitetləri bitirmiş məzunlar dövlət universitetləri məzunlarına nisbətən daha yaxşı yerdə işləmək şansı qazanırlar.

Adətən çex tələbələri həftədə neçə saat dərslə məşğul olmaq istədiklərini özləri müəyyənləşdirirlər. Mühazirələrin hamısında iştirak etmək isə heç də məcburi deyil: 50%-də iştirak etmək kifayət edir. Semestrin ortasında tələbələr növbəti semestr üçün vacib olan fənlərdən özlərinin tədris planlarını hazırlayırlar. Lakin magistr pilləsinin ilk 2 və bakalavr təhsilinin birinci tədris proqramında bütün dərslərdə iştirak etmək və öyrənmək vacibdir. Növbəti illər üçün isə tələbələr fənn kataloqundan öz seçimlərini edirlər. Tələbə birinci kursda öz ixtisasının hər sahəsindən ümumi məlumat alır.

Xarici tələbələr üçün Çexiya təhsili

Dövlət universitetlərində xarici tələbələr üçün çex dilində təhsil pulsuzdur. Lakin gələcəkdə tələbələrdən ildə 300 avro almaq planlaşdırılır.

Özəl universitetlərdə isə təhsil pulludur. Lakin qiymət o qədər də çox deyil: hər semestr boyu ödəmək imkanı ilə ildə 1000-2500 avro. İlk etapda çex dilini mükəmməl bilmək tələb olunmur.

Xarici dildə (ingilis dilində) təhsil almaq da pulludur. Bu zaman universitetin nüfuzundan asılı olaraq qiymətlər 3000$-dan (Çexiya Texniki Universitetində) 1000$-a (Karlova universitetinin tibb fakültələrində) qədər dəyişir.

Çexiyada dövlət universitetlərinə qəbul olmaq özəl universitetlərə qəbul olmaqdan daha çətindir. Səbəb hər il yüksək konkursun (1 yerə 10 namizəd) müşahidə olunmasıdır. Bütün xaricilər digər qəbul imtahanları ilə yanaşı çex dilindən də imtahan verməlidirlər.

1. Charles University

2. Czech Technical University in Prague

3. Masaryk University

Paylaşın...