work and travel

Work and Travel (WAT) Amerika Birləşmiş Ştatları hökumətinin nəzarəti altında olan tələbə mübadilə proqramıdır. Bu proqram dünyanın müxtəlif ölkələrindəki universitet tələbələrinə yay tətili müddətində Amerikada işləyib, ingiliscə danışıq təcrübəsini inkişaf etdirmək, dünya və müxtəlif xalqların mədəniyyətləri ilə tanış olmaq imkanı verir. WAT həmçinin, tələbələrin turist kimi deyil, Amerika vətəndaşı kimi yaşamağı və düşünməyi təmin edən və bununla yanaşı səyahət xərclərini qazanıb, əlavə olaraq müəyyən miqdarda pul yığmaq fürsətini verir.

Proqramda iştirak edən tələbə iş saatlarını ilk olaraq iş imzalamasında müəyyənləşdirməlidir. Bu imzalamada iş sahibi ilə razılaşaraq özü və iş sahibi üçün uyğun minimum bir miqyas seçir. Bu miqyas günlük təqribən 8 saatdır.Bu isə həftədə 35-40 saat edir. İş saatları işin gedişatına görə dəyişə bilər. Məsələn, sezonun ağır olduğu vaxtlarda iş sahibi tələbəyə əlavə olaraq iş saatları ayıra bilər, ancaq bunu qəbul etmək tamamilə tələbənin istəyinə bağlıdır. Bu vaxtlarda iş sahibi işçiyə əlavə iş haqqı (Over – time) ödəmək məcburiyyətindədir. Bu ödəmə normal ödəmənin 1.5 qatı qədərdir. Ümumi olaraq Work and Travel tələbələrinin gəliri saatlıq 7.5 – 9 ABŞ dollarıdır. Bu da tək işdə həftəlik 40 saat işləyən bir tələbənin Work and Travel sezonu boyunca təqribən 5.000 ABŞ dolları qazandığını göstərir.Bununla yanaşı, Work and Travel tələbələrinin təqribən %80-i ikinci işlərdə işləməkdə, nəticə etibarı ilə qazanclarını artıraraq 7.500 – 10.000 ABŞ dollarına çatdırmaqdadırlar.

Hər il bir çox ölkələrdən gələn minlərlə universitet tələbəsi WAT proqramına qoşularaq yüksək səviyyəli beynəlxalq təcrübə qazanmaq fürsəti əldə edir. Əsasən proqramın tələbələr üçün faydaları sırasında bunları qeyd etmək olar.Ayda təqribən 1000-1500 ABŞ dolları qazana bilmək və proqram üçün lazımi yaşayış və səyahət xərclərini ödəyə bilmək imkanı. Eyni zamanda həm işləmək, həm də dincəlmək fürsəti, Proqramın sonunda ömür boyu unudulmayacaq təcrübə və xatirələr qazanmaq. Amerikada qalınan 4 ay müddətində ingiliscə danışıq qabiliyyətini inkişaf etdirmək və ingilis dili məlumatını real həyatda praktiki olaraq tətbiq etmək fürsəti əldə etmək. Tələbələrin gələcək karyerası üçün təcrübə qazanmaq. Həm Amerika Birləşmiş Ştatları vətəndaşları, həm də digər ölkələrdən gələn tələbələrlə tanış olub onların mədəniyyətlərini yaxından tanımaq, eyni zamanda öz milli mədəniyyətlərini də əcnəbilər arasında nümayiş etdirmək və tanıtmaq fürsəti qazanmaq.

Work and Travel proqramının əsas şərtləri bunlardır:

  • 18-28 yaş arası olmaq
  • Ali məktəblərin birinin tələbəsi olmaq. Proqramda sonuncu kurs tələbələrinin iştirakına icazə verilmir.
  • Ən azı orta səviyyədə ingilis dilini bilmək (Burada əsas tələb olunan şərt, qarşında olan şəxsə öz fikrini normal formada izah etdirməkdir).
  • Ali məktəb qiymətlərinin normal olması.
Paylaşın...