İşgüzar İngilis dili (Business English)

İŞGÜZAR İNGİLİS DİLİ (BUSİNESS ENGLİSH)

Kiçik Biznes İngilis Dili Qrupu qısa zaman müddətində İngilis dilində maksimum irəliləyiş əldə etməniz üçün tərtib edilmişdir. Siz yalnızca 5 nəfərdən ibarət kiçik qruplarda təhsil alacaqsınız.


 

Siz bu kursun gedişində daha çox bilik əldə edəcəksiz, əgər

 

  • 21 yaş və üzərindəsinizsə

  • Dil səviyyəniz İntermediate`dən Advance`a qədərdisə

  • Business dilini öyrənmək arzusundasınızsa

  • Kariyeranızı irəlilətmək istəyirsinizsə

  • Maksimum 5 nəfərlik Kiçik qrupları üstün tutursunuzsa

 

Bu kursda sizi nələr gözləyir?


 

Bu İngilis Dili kursunun məqsədi Beynəlxalq biznes əlaqələrində ehtiyacınız olan profesional bacarıqlara diqqət yetirməkdir. Bu kursa daxildir:

 

  • İngilis dilində Telefon danışığı

  • İşgüzar görüşlər dili

  • Təqdimatlar edilməsi

  • Tənqidi yanaşma və problemlərin həlli

  • Danışıqların aparılması

  • Peşəkar məruzələr,e-poçtlar və məktublar yazmaq

 

Müraciət etdiyiniz zaman müəllimlərimizlə dərsdə nələr keçmək istədiyiniz barədə müzakirələr apardıqdan sonra, müəlliminiz sizin istəyinizə əsaslanan mövzuları əhatə edən proqram hazırlayacaqdır.


 

Biznes İngilis dili Kursu boyunca siz müxtəlif ixtisaslardan olan tələbələrlə tanış olacaqsız. Bu sizə xarici işgüzar mədəniyyətlər haqqında öyrənmək və faydalı işgüzar əlaqələr qurmaq üçün böyük şans yaradır.


 

Siz Business English Mini Group kusunuzu Fərdi Biznes İngilis dili dərslərinizlə birləşdirə bilərsiniz. Xüsusi hazırlanmış dərslər sizi ixtisaslı ingilis dili müəllimləri tərəfindən 100%-lik biliklə təmin edir.


 

Bu kursu bitirən tələbələr oxuma müddətini və ingilis dili səviyyəsini tamamladıqdan sonra British Educational Centre tərəfindən certificate əldə etmiş olacaqlar.