TOEFL

TOEFL

TOEFL - Test of English as a Foreign Languages

 

Bu imtahan ETS (Educational Testing Service) tərəfindən 1964-cü ildə yaradılmışdır. TOEFL imtahanının əsas məqsədi – ana dili ingilis dili olmayan kəslərin səviyyəsini qiymətləndirməkdir.


 

İBT- Internet Based TOEFL- 1-120

 

Ən son variant olan İBT TOEFL dünya universitetlərinin əsas priaritet seçimi olan TOEFL növüdür və imtahan 4 bölmədən ibarətdir:

  • Listening

  • Reading

  • Speaking

  • Writting

 

Hər bənd 30 bal üzrə qiymətləndirilir və imtahan sessiyasindan asılı olaraq sual sayı dəyişir.

 

Dünya universitetlərinin çoxu isə 80 və ondan yüksək bal tələb edirlər və yüksək bal daha sadə qəbul olmağı təmin edir.

 

TOEFL İBT sertifikatı ABŞ-ın, Kanadanın, eləcə də, avropa ölkələrinin 2400-dən artıq kollec və universitetlərinə daxil olmaq üçün əsas şərtlərdən biri hesab olunur. TOEFL IBT sizin universitet səviyyəsində İngilis dilini anlama və istifadə etmə qabiliyyətinizi ölçür.

 

TOEFL imtahanına hazırlığı ümumi qəbul olunmuş klasifikasiyaya müvafiq olan İntermediate səviyyəsini keçəndən sonra başlamaq olar.

 

  • Test müddətində aşağıdakı tapşırıqları yerinə yetirmək tələb edilir:

 

  • Oxu, dinlə və verilmiş sualların cavabını ifadə et.

  • Dinlə və sual cavabı olaraq danış.

  • Oxu, dinlə və sualın cavabı olaraq yaz.