FİNLANDİYA UNİVERSİTETLƏRİ

Şimali Avropada, Skandinaviya yarımadasında yerləşən Finlandiya Respublikasının iqtisadiyyatı kifayət qədər inkişaf edib. Adambaşına düşən illik gəlir 44 min ABŞ dollarından çoxdur.

Finlandiyada tədris rəsmi dövlət dili kimi qəbul edilmiş fin və isveç dillərində aparılır. Bundan başqa, tədris ancaq isveç dilində olan məktəblər də fəaliyyət göstərir.

Ölkədə tam orta təhsil 12 illikdir. Ölkənin təhsil sistemi 1 illik məktəbəqədər könüllü, 9 illik əsas, 3 illik ümumi və ya peşə təhsilindən ibarət olan orta təhsilin yuxarı pilləsi, universitet və politexnik institutlarda həyata keçirilən ali təhsildən ibarətdir. Onu da qeyd edək ki, Finlandiyada universitetlərlə yanaşı, müvafiq ixtisaslar verən politexnik institutlarda da ali təhsil almaq mümkündür. Yaşlıların təhsili isə təhsilin bütün pillələri üzrə aparılır.

Finlandiya təhsil müəssisələrində heç bir dini inanca görə məhdudiyyət (hicab, saqqal, çalma, xaç işarəsi və s. kimi) qoyulmayıb.

Economist Intelligence Unit agentliyinin Pearson mediaholdinqi üçün tərtib etdiyi reytinqə əsasən Finlandiyanın təhsil sistemi dünyada ən güclü sistemlərdən biri kimi tanınıb.

1. Helsinki University of Technology

2. Turku Music Academy

3. University of Helsinki

4. University of Jyvaskyla

5. University of Oulu

6. University Turku

Paylaşın...