BÖYÜK BRİTANİYA UNİVERSİTETLƏRİ

Böyük Britaniyada ali təhsilin əsası XII əsr, Oksford və Kembric universitetlərinin yaradılması ilə qoyulub. XIX əsrin əvvəllərinə qədər bu universitetlərdən başqa İngiltərədə universitet yox idi.

XIX əsrdə Böyük Britaniyanı əhatə etmiş sənaye inqilabı ölkəni təcrübəli idarəedicilər və başçılar yetişdirmək məcburiyyətində qoydu. Bir çox sənaye mərkəzlərində yeni universitetlər yarandı.

Bu universitetlərin binaları müasir olduqlarından yaxın vaxtlaradək, onları “yenilər” və ya “şüşəlilər” adlandırırdılar. 1992-ci ildə univertizasiyanın yeni dalğası 33 politexnikumun universitetlərdə dəyişilməsinin başladığı dövrə təsadüf edir.

Elmi dərəcələr

İngiltərədə elmi dərəcələr kursu müvəffəqiyyətlə bitirən tələbələrə verilir. Müxtəlif universitetlərin verdikləri dərəcələr formal olaraq bir-birlərindən fərqlənmirlər. Lakin təcrübədə onların “sanballı” universitetin adından asılıdır.

İngiltərədə orta təhsilin bəzi problemlərinə baxmayaraq, ali təhsil dünyada ən yaxşı təhsil hesab olunur. Orada üç mindən çox müxtəlif ali təhsil məktəbləri var. 2001-ci ildə həmin təhsil müəssisələrində 17,5 milyon tələbə təhsil alırdı, onlardan 515 min nəfəri xarici tələbələr idi. Bu tələbələrin 60%-i Asiyadan gələnlər idi. Buna baxmayaraq, həm dövlət, həm də özəl universitetlərdə təhsil haqqı ilbəil artır. Harvardda ştat universitetlərində illik ödəniş 5 min dollardan 40 min dollaradək dəyişir. Hətta yoxsul tələbələrə yüksək stipendiya verilsə də onların ödədiyi təhsil haqqı ailə büdcələrinə böyük ziyan vurur. 2002-2003, 2003-2004-cü illərdə ştat məktəblərində təhsil haqqı 14%, özəllərdə 6% artmışdı, bu da həmin dövrdə inflyasiya səviyyəsindən yüksək idi.

İngiltərə və Uelsin universitetlərində birinci elmi dərəcələr:

  • BA – humanitar elmlər üzrə bakalavr
  • BSC – texniki elmlər üzrə bakalavr
  • LLB – hüquq üzrə bakalavr
  • BEd – pedaqoji elmlər üzrə bakalavr
  • BMUS – musiqi üzrə bakalavr
  • BM – tibb üzrə bakalavr
  • MA – humanitar elmlər üzrə magistr
  • MSC – texniki elmlər üzrə magistr
  • LLM – hüquq üzrə magistr
  • MBA – iş administrasiyası üzrə magistr

Təhsilin müddəti

Böyük Britaniyada universitetlərə tələbələr 18 yaşından başlayaraq qəbul olunur. Bakalavr pilləsi 3-4 il davam edir. Lakin elə sahələr var ki, onların öyrənilməsi üçün iş təcrübəsi də lazımdır. Bu sahələrin təhsil müddəti o birilərindən uzundur. Məsələn, dizaynerlər əvvəlcə hazırlıq kursu keçməli, sonra əsas üçilliyi bitirməlidirlər. Tibbin stomatologiya sahəsinə və ya memarlığa yiyələnmək üçün 7 il təhsil almaq lazımdır. Magistr dərəcəsini almaq üçün isə 1 il vaxt tələb olunur.

Qəbul üçün tələblər

İngiltərə universitetlərinə qəbul üçün A-levels adlı Britaniya imtahanlarını vermək və ya Avropa proqramı üzrə İnternational Baccalaureate təhsilini bitirmək lazımdır. Xarici tələbələr üçün Foundation proqramı mövcuddur. Foundation-ın müxtəlif – biznes və iqtisadiyyatla, dizaynla, hüquqla, humanitar və texniki peşələrlə, kompüter texnologiyaları və farmakologiya ilə bağlı İngiltərənin müvafiq fakültələri üzrə tələbələr hazırlayan kursları fəaliyyət göstərir.https://xalca-yuma.az/xalca-yuma/ Bu kurslar 9 ay davam edir.

Böyük Britaniya universitetlərinə qəbul olmaq üçün dilbilmə dərəcəsi belə olmalıdır:

  • Foundation IELTS            5.5 – 6.5
  • Bakalavr                              6.0 – 6.5
  • Magistratura və MBA       6.5 – 7.0

Foundation-a qəbul üçün aşağıdakı sənədlər lazımdır:

  • Attestatın sürəti və ya orta məktəbdən hazırkı qiymətlər barədə arayış
  • Məktəb direktorundan tövsiyə
  • İngilis dili müəllimindən tövsiyə
  • IELTS testlərinin nəticələri

Magistraturaya və MBA-ya qəbul üçün tələb olunan sənədlər:

  • Diplom (Ali təhsil)
  • Diploma əlavə
  • Universitetdən iki tövsiyə, MBA üçün isə peşəkarların tövsiyələri
  • Xülasə
  • IELTS-in nəticələri

1. Aston University

2. Bristol University

3. Cambridge University

4. City University London

5. Edinburgh University

6. Heriot-Watt University

7. Imperial College London

8. King’s College London

9. London Business School

10. London International Film School

11. London School of Economics

12. Manchester University

13. Oxford University

14. Royal College of Art

15. Royal Veterinary College

16. School of Oriental and African Studies (SOAS)

17. University College London

18. University of Aberdeen

19. University of Bath

20. University of Birmingham

21. University of Cardiff

22. University of Durham

23. University of East Anglia

24. University of Exeter

25. University of Glasgow

26. University of Lancaster

27. University of Leeds

28. University of Leicester

29. University of Liverpool

30. University of Loughborough

31. University of Newcastle

32. University of Nottingham

33. University of Queen Mary

34. University of Royal Holloway

35. University of Sheffield

36. University of Southampton

37. University of St. Andrews

38. University of Surrey

39. University of Warwick

40. University of York

Paylaşın...