biznes ingilis dili

Kiçik Biznes İngilis Dili Qrupu qısa zaman müddətində İngilis dilində maksimum irəliləyiş əldə etməniz üçün tərtib edilmişdir. Siz yalnızca 5 nəfərdən ibarət kiçik qruplarda təhsil alacaqsınız.

SİZ BU KURSUN GEDİŞİNDƏ DAHA ÇOX BİLİK ƏLDƏ EDƏCƏKSİNİZ, ƏGƏR:

  • 21 yaş və üzərindəsinizsə
  • Dil səviyyəniz İntermediate`dən Advance`a qədərdrisə
  • Business dilini öyrənmək arzusundasınızsa
  • Karyeranızı irəlilətmək istəyirsinizsə
  • Maksimum 5 nəfərlik Kiçik qrupları üstün tutursunuzsa

BU KURSDA SİZİ NƏLƏR GÖZLƏYİR?

Bu İngilis Dili kursunun məqsədi Beynəlxalq biznes əlaqələrində ehtiyacınız olan professional bacarıqlara diqqət yetirməkdir. Bu kursa daxildir:

  • İngilis dilində Telefon danışığı
  • İşgüzar görüşlər dili
  • Təqdimatlar edilməsi
  • Tənqidi yanaşma və problemlərin həlli
  • Danışıqların aparılması
  • Peşəkar məruzələr, e-poçtlar və məktublar yazmaq

Müraciət etdiyiniz zaman müəlliminizlə dərsdə nələr keçmək istədiyiniz barədə müzakirələr apardıqdan sonra, müəlliminiz sizin istəyinizə əsaslanan mövzuları əhatə edən proqram hazırlayacaqdır.

Biznes İngilis dili Kursu boyunca siz müxtəlif ixtisaslardan olan tələbələrlə tanış olacaqsınız. Bu sizə xarici işgüzar mədəniyyətlər haqqında öyrənmək və faydalı işgüzar əlaqələr qurmaq üçün böyük şans yaradır.

Siz Business English Mini Group kusumuzu Fərdi Biznes İngilis dili dərslərinizlə birləşdirə bilərsiniz. Xüsusi hazırlanmış dərslər sizi ixtisaslı ingilis dili müəllimləri tərəfindən 100% -lik biliklə təmin edir.

Bu kursu bitirən tələbələr oxuma müddətini və ingilis dili səviyyəsini tamamladıqdan sonra British Educational Centre tərəfindən certificate əldə etmiş olacaqlar.

*İngilis dili səviyyənizi test etmək üçün Level Test bölməsinə keçid edin.

Paylaşın...