BELÇİKA UNİVERSİTETLƏRİ

Belçika ali təhsil sistemi üçün xarakterik ənənə tədris prosesi ilə elmi tədqiqatların sıx bağlılığıdır. Universitetlərin büdcəsinin 40% elmi tədqiqatlara ayrılır. Onun maliyyələşməsi Sənaye və Kənd təsərrüfatında Elmi Tədqiqatlara dəstək İnstitutuna dövlət və nazirliklərdən ayırmalar və müxtəlif şirkət, fond və təşkilatlardan könüllü yardım xətti ilə gedir.

Belçikanın ali təhsil sisteminin qədim tarixi vardır. İlk universitet – Luven Katolik Universiteti 1425-ci ildə yaranıb. В 1517-ci ildə Erazm Rotterdam Luvendə Üç Dil Məktəbi (ivrit, latın və yunan dilləri) yaradır. Buna bənzər məktəb – Paris Fransız Kolleci sonradan yaranır.

Xüsusiyyətləri

Belçikada ali təhsil iki yarımsistem üzərində qurulub. Onlar müvafiq olaraq fransız dilli və flamand dilli vilayətlərin təhsil nazirliklərinə tabedirlər. Təhsil sistemi mərkəzləşməsinə görə fransız və alman təhsil modelinə yaxındır.

Ali təhsil sistemi universitet və qeyri-universitet sektorlarına bölünür. Belçika ali məktəblərinə qəbul planı yoxdur, sadəcə müəyyən edilmiş sənədləri təqdim etmək kifayətdir. Ancaq müəyyən nüfuzlu universitetlər müsabiqəli qəbul imtahanları keçirirlər. Avropa Birliyinin abituriyentləri qəbul zamanı üstünlüyə malikdirlər.

Ali məktəblər statusuna görə dövlət və qeyri-dövlət universitetlərinə bölünürlər. Dövlət universitetləri (onlar “rəsmi" də adlanırlar) ənənəvi olaraq akademik humanitar və təbiət elmləri üzrə ali təhsil verirlər. Qeyri-dövlət universitetləri (onlar “müstəqil" və “azad" adlanırar)bunlarla yanaşı spesifik, ixtisas və dini ali təhsil də verirlər. Müstəqil universitetlərin çoxu böyük təsirə malik olan Roma katolik kilsəsi tərəfindən yaradılıb.

10,3 milyon nəfərlik əhalisi olan Belçikanın 180 ali məktəbində 280 min tələbə təhsil alır. Ali məktəblər universitet və qeyri-universitet təhsili verən məktəblərə bölünürlər. Universitet tipli ali məktəblər universitetlərə (Təhsilin Beynəlxalq Standart Siniflşdirilməsinə gərə — ISCED 5A) və ali məktəblərə (ISCED 5B) bölünürlər.

Qeyri-universitet təhsili “qısa" və “uzunmüddətli" sikllərə bölünürlər (ISCED 4). “Qısa" ali təhsil 2–3 il çəkir (tibb və incəsənət üzrə 4 il ola bilir). “Uzunmüddətli" ali təhsil hərəsi 2 il olmaqla 2 səviyyədən ibarətdir.

2004–2005-ci təhsil ilindən Belçika hökuməti ali təhsili “bakalavr-magistr-doktor" sisteminə keçirdi. Universitetlərdə minimum təhsil müddəti 4 ildir. Bəzi ixtisaslarda bu 10-12 il də çəkə bilər. Akademik il iki semestrə bölünür: sentyabr/yanvar və fevral/iyun.

Belçikada bakalavr dərəcəsi ixtisaslı və akademik olur. İxtisaslı müəyyən vərdişlərin və professinallığın əldə edilməsini nəzərdə tutur. Akademik dərəcəli bakalvratura isə tələbəni elmi tədqiqatlar üzrə magistraturaya hazırlayır.

Son illər Belçikaya xaricilər daha çox biznes təhsili almaq üçün gəlirlər. Ölkənin 3 biznes məktəbi Avropanın reytinq cədvəlində ön yerlərdə gedirlər.

Təhsil haqqı

Bir tələbənin bir illik təhsil haqqı universitetlərə 4–5,5 min ABŞ dollarına başa gəlir. Bunun böyük hissəsini hökumətdən, fondlardan və kilsələrdən aldıqlarına görə tələbələr tam təhsil haqqı deyil, ancaq “qeydiyyat haqqı"nı ödəyirlər. Avropa Birliyinin üzvü olmayan ölkələrdən olan tələbələr ilə 420–800 ABŞ dolları ödəyirlər.

Özəl universitetlərdə ixtisasdan asılı olaraq təhsil haqqı 5-15 min avro təşkil edir. Həmçinin laborator xərclərin də ödənilməsi də mümükndür, dərsliklər üçün də ilə 400 ABŞ dolları xərc ödənir.

Xaricilərin təhsil alma imkanı

Belçika universitetlərində xaricilər üçün ötən ilki qəbulun 2% qədər yer ayrılır. Bu imkana düşmək üçün ən azı qəbula 10 ay qalmış arzu edilən universitetin elektron poçtuna meraciət etmək lazımdır. Bu rəqəm çərçivəsinə düşə bilməyənlər azı təhsil haqqının yarısı həcmində təhsil haqqı keçirməlidirlər. Bu rəqəm humanitar fakültələr üçün ilə 2 150 ABŞ dollardan, tibb fakültəsində 6 750 dollaradək olur.

1. KU Leuven-University

2. Universite catholique de Louvain

3. Universite de Liege

4. Universiteit Gent

5. Universite libre de Bruxelles

6. Universiteit Antwerpen

7. Vrije Universiteit Brussel

Paylaşın...