• Sinqapurda təhsil sistemi

Sinqapur Milli Universiteti (National University of Singapore) Sinqapur Respublikasında yaranan ilk ali təhsil müəssisəsidir. Universitet tələbələrin çoxluğuna və tədris proqramının zənginliyinə görə də ölkənin ali məktəbləri arasında birinci yeri tutur. Böyük Britaniyanın "Times Higher Education Supplement - QS World Universities Rankings" jurnalının 2009-cu ildə apardığı dünya universitetlərinin reytinqinə görə, Sinqapur Milli Universiteti 100 ən yaxşı ali məktəb arasında 30-cu yerdədir. Bu ali təhsil müəssisəsi dünyada biotibbi, ictimai, dəqiq elmlər və maşınqayırma sahəsi üzrə tanınıb.


Büdcə və təhsil haqqı


Sinqapur Milli Universiteti hazırda Sinqapur hökuməti tərəfindən yüksək maliyyə yardımı alır. Universitetin əməliyyat və infrastruktur xərcləri dövlət tərəfindən ödənilir, toplanan yardımlar isə tələbələrin təhsilinin yüksəldilməsinə sərf olunur.

Sinqapur Milli Universitetində 2009-2010-cu tədris ilində tələbələrin təhsil haqqı bakalavr pilləsində təhsil alan tələbələr üçün oxuduqları məktəb və fakültədən asılı olaraq Sinqapur sakinləri üçün 25620 Sinqapur dollarından (S$) başlayaraq 69600 dollara qədər dəyişib. Əcnəbi tələbələrin təhsil haqqı isə 28930-73700 Sinqapur dolları təşkil edib. Universitetdə ən bahalı fakültələr Stomatologiya və Tibb məktəblərindədir. Burada təhsil haqqı yerli tələbələr üçün 107160 Sinqapur dolları, əcnəbi tələbələr üçün isə 116640 Sinqapur dolları təşkil edib.

Sinqapur Milli Universitetinin şəhərciklərində tələbələr üçün yüksək səviyyəli şərait yaradılıb. Burada 3000 yerlik yataqxanalar, kampus daxilində həftə boyu pulsuz hərəkət edən avtobuslar mövcuddur.

Bütün sadalananlardan əlavə, Sinqapur Milli Universitetində 22 elmi-tədqiqat institutu mövcuddur.

Sinqapur Milli Universitetinin kitabxana sisteminə ümumilikdə 1,5 milyon cild kitab, 43000 elektron nəşr, 32000 informasiya proqramı, 26000 mikroforma və s. daxildir.

Sİnqapurdakı unİversİtetlərİn sİyahısı>

  1. Nanyang Technological University
  2. National University of Singapore
  3. Singapore Management University

HAQQIMIZDAKI RƏYLƏR

  • British Educational Centre bütün şəxslərə fərqli yanaşaraq xüsusi tədris proqramı tətbiq edərək tələbələrin mükəmməl təhsilə yiyələnməsinə yardımçı olur.