• Malayziyada təhsil sistemi

Son illər dünyada təhsilinə və tələbə rəğbətinə görə avropa ölkələri ilə yarışmaya bir ölkə də qatılıb. Bu da Malayziyadır. İstər təhsil keyfiyyəti, istər ölkənin özünün yaşayış səviyyəsi ilə xarici tələbələrin rəğbətini qazanmağa nail olmuşdur. Malayziya universitetlərinin ən böyük üstünlüyü isə DUAL DİPLOM (İKİ DİPLOM) verməyidir. Digər üstünlüyü həm bakalavr həm magistr dərəcəsində ingilis dilini dəstəkləməyidir. Yaşayış xərcləri baxımından avropadan qat-qat ucuzdur. Aylıq 350-400 dollar kifayətdir ki, normal tələbə həyatı yaşaya biləsiniz. İllik 6000 dollar təhsil haqqı ödəyərək, Malayziyadakı ən reytinqli U. C. T. I , Segi University College kimi universitetlərində təhsil ala bilərsiniz. Bu universitetlər dövlət dəstəyi ilə dövlətə kadr yetişdirmək üçün qurulub. Buradakı universitetlərdən alacağınız diplomla birlikdə seçəcəyiniz proqrama əsasən İngiltərənin University of Staffordshire, University of Sunderland, Amerikanın Upper Iowa University, Avstraliyanın University of Southern Queensland kimi universitetlərinin də diplomunu ala bilərsiniz. Təhsilinizin ilk 2 ilini Malaziyada oxuyub son ilini də İngiltərədə, Amerika, və ya Avstraliyadakı müqaviləli universitetlərdə oxuya bilərsiniz. Təhsil informasiya texnologiyaları, business, management, finance, accounting və s. kimi proqramlarda 3 ildir, mühəndislik 4 ildir.

İngilis dilini bilmədən də oxumaq mümkündür, fakultədən öncə hazırlıq oxuyursunuz və qabiliyyətinizə görə 3, 6, 9 və ya 12 ay sonra təhsilinizə başlaya bilərsiniz(təbii ki ingilis dilini öyrəndiyinizi ya universitetin keçirdiyi imtahanla, ya da IELTS ve ya TOEFL kimi imtahanlarla sübut etmək şərtilə) Malayziyada bütünlüklə Qərb təhsil sistemidir. Dərslər müxtəlif millətlərdən olan professorlar tərəfindən keçirilir. Müəllimlər semestrin əvvəli bütün dərs proqramını, fənnin tələblərini, həmçinin müəllimin hansı amillər əsasında qiymətləndirmə apardığını, semestr ərzində tələbənin nələrə diqqət cəmləməli olduğunu yazılı şəkildə tələbəyə verir. Bu tələbədə həmin fənn haqqında ətraflı təsəvvür yaradır.

Dərslər əsasən interaktiv şəkildə kompüter və proyektordan istifadə etməklə çox geniş ekranda həm müəllimin, həm də tələbələrin prezentasiyaları əsasında keçirilir. Tələbələr bu semestr ərzində 4-5 nəfərdən ibarət kiçik qruplara bölünürlər ki, bu da onların həm layihələrin hazırlanmasında, tədqiqatların aparılmasında, həm də müəllimin verdiyi tapşırıq və prezentasiyaların hazırlanmasında kömək edir.

Bütün tapşırıqlar real təcrübə, faktlar, məlumatlar əsasında, sosial araşdırmalara əsasən aparılır, layihələr buna əsasən hazırlanır. Tələbələr hər hansı bir tapşırığı yerinə yetirmək üçün bəzən Malayziyada fəaliyyət göstərən böyük şirkətlərlə əlaqə saxlamalı olur, müxtəlif iqtisadi təhlillər aparırlar. Bəzən hər hansı bir tapşırığı həll etmək üçün küçədə insanlar arasında sorğu keçirirlər. Bu məlumatlar real faktlara əsaslanır.

Malayzİyadakı unİversİtetlərİn sİyahısı>

  1. Malaya University
  2. Multimedia University
  3. National University of Malaysia (Universiti Kebangsaan Malaysia)
  4. Putra University of Malaysia
  5. Science University Malaysia (University Sains)
  6. University Technology Malaysia
  7. University of Technology Mara
  8. University Malaysia Perlis

HAQQIMIZDAKI RƏYLƏR

  • British Educational Centre bütün şəxslərə fərqli yanaşaraq xüsusi tədris proqramı tətbiq edərək tələbələrin mükəmməl təhsilə yiyələnməsinə yardımçı olur.