• Avstriyada təhsil sistemi

Avstriyada fəaliyyət göstərən 23 cəmiyyət və 11 özəl ali məktəblərdə təhsil almaq üçün bütün şərait yaradılıb. Bu ali təhsil ocaqları çox geniş spektrda təhsil almaq imkanı verir. Qeyd edək ki, 2001-ci ildə Avstriyada ali məktəblərdə ləğv olunan pulsuz təhsil 2009-cu ildən Avropa ittifaqı və bir sıra digər ölkələrin vətəndaşları üçün (Azərbaycan da daxil olmaqla) yenidən bərpa olundu.

Avstriyanın paytaxtı Vyanada 13 universitet fəaliyyət göstərir.

Qeyd edək ki, Vyana universitetlərinin hamısı Baloniya tədrisi sisteminə keçiblər:

  • Bakalavr: Təhsil müddəti — 6 semestr. Təhsillərini bitirdikdən sonra məzunlara bakalavr dərəcəsi verilir.
  • Master: tədris müddəti — 4 semestr. Proqrama başlamaq üçün ixtisasa ekvivalent və ya həmin ixtisas üzrə bakalavr dərəcəsinin olması vacibdir. Təhsil bitdikdən sonra məzun master dərəcəsini alır.
  • Doktor (PhD), tədris müddəti — 6 semestr, master dərəcəsinin olması tələb olunur. Məzunlara elmlər doktoru dərəcəsi verilir.

Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Tacikistan, Qazaxıstan və digər ölkə vətəndaşları təhsil haqqından azaddır. Hər il Avstriyada 160 min xarici tələbə təhsil alır.

Avstrİya unİversİtetlərİnə qəbul üçün nəzərdə tutulan tələblər

Qeyd edək ki, bu tələblər dünyanın bir çox ölkələri ilə müqayisədə çox tolerantdır.


Hər bir universitetdə müxtəlif ixtisaslar üzrə tələbələr üçün müəyyən tələblər qoyulur. Ümumi qaydalar və sənədlər isə belədir:


  • Attestat və ya diplom;
  • Tələbənin alman dilində doldurduğu xüsusi anket;
  • Ətraflı şəxsi məlumat;
  • Alman dili bilik səviyyəsi sertifikatı – ən azı B2 səviyyəsi

Bəzən tələbədən motivasiya məktubu da istəyə bilərlər. Bu əsasən master dərəcəsi üçün müraciət edənlərdən tələb oluna bilər. Məktub ya alman, ya da ingilis dilində yazılmalıdır. Həmçinin professorların xasiyyətnamələri də tələb oluna bilər. Bütün sənədlər notarial qaydada təsdiqlənməli və universitetin tələblərinə cavab verməlidir. Kiçik bir səhv qeydiyyatı ən azı bir semestr uzada bilər. Yaddan çıxarmaq lazım deyil ki, hər semestr Avstriya universitetləri 15 min tələbə toplayırlar.

Avstrİyadakı unİversİtetlərİn sİyahısı

  1. Fachhochschule Technikum Wien
  2. FH Campus Wien
  3. Franz Schubert Konservatorium - Arts and Music School
  4. Graz University of Technology
  5. Konservatorium Wien Privatuniversitat
  6. Medical University Innsbruck
  7. Medical University of Graz
  8. Medical University of Vienna
  9. The International Anti-Corruption Academy (IACA)
  10. Universitat fur Bodenkultur Wien
  11. Universitat fur Musik und darstellende Kunst Wien
  12. Universitat Mozarteum Salzburg
  13. University of Graz
  14. University of Innsbruck
  15. University of Vienna
  16. Veterinarmedizinisc he Universitat Wien
  17. Vienna University of Technology

HAQQIMIZDAKI RƏYLƏR

  • British Educational Centre bütün şəxslərə fərqli yanaşaraq xüsusi tədris proqramı tətbiq edərək tələbələrin mükəmməl təhsilə yiyələnməsinə yardımçı olur.